​"Çelsi" klubu Radamel Falkaonu icarəyə götürüb

​"Çelsi" klubu Radamel Falkaonu icarəyə götürüb Kolumbiyalı futbolçu bir il "Çelsi"nin formasını geyinəcək
Futbol
4 İyul , 2015 16:42
​Çelsi klubu Radamel Falkaonu icarəyə götürüb

Bakı. 4 iyul. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubu "Monako"nun futbolçusu Radamel Falkaonu icarəyə götürüb. "Report"un London klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı hücumçu mövsüm sonunadək "zadəganlar"ın heyətində çıxış edəcək.

Qeyd edək ki, Radamel Falkao 2013-cü ildə Madrid "Atletiko"sundan "Monako"ya transfer olub. O, son mövsümü icarə əsasında "Mançester Yunayted"də keçirib.

Son xəbərlər

Orphus sistemi