"Çelsi" klubu baş məşqçi Antonio Konte ilə yollarını ayırıb - RƏSMİ

"Çelsi" klubu baş məşqçi Antonio Konte ilə yollarını ayırıb - RƏSMİ 48 yaşlı mütəxəssisi "Napoli"dən ayrılan Mauritsio Sarri əvəzləyəcək
Futbol
13 İyul , 2018 13:29
Çelsi klubu baş məşqçi Antonio Konte ilə yollarını ayırıb - RƏSMİ
Antonio Konte

Bakı. 13 iyul. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubu baş məşqçi Antonio Konte ilə əməkdaşlığa son qoyub.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis köməkçiləri ilə birgə komandanı tərk edib. 48 yaşlı mütəxəssisi bu postda "Napoli"dən ayrılan Mauritsio Sarrinin əvəzləyəcəyi bildirilir.

Qeyd edək ki, Antonio Konte "Çelsi"yə 2016-cı ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında "zadəganlar" 2016-2017 mövsümündə İngiltərə çempionu, 2017-2018 mövsümündə ölkə kubokunun sahibi olub. "Çelsi" ötən mövsüm Premyer Liqada 5-ci yerlə kifayətlənib və Avropa Liqasına vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi