Yuxarı

"Çelsi" Joze Mourinyonu istefaya göndərib

52 yaşlı mütəxəssisin fəaliyyəti 7 ay çəkib

Bakı. 17 dekabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" futbol komandasının baş məşqçisi Joze Mourinyo istefaya göndərilib. "Report"un BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə klub rəhbərliyi qərar qəbul edib. 

52 yaşlı mütəxəssis "zadəganlar"ın sükanı arxasında olduğu 7 ay ərzində komandaya ölkə çempionluğu qazandırıb. O, avqustun 7-də klubla 4 illik yeni müqavilə bağlasa da, bu mövsüm "Çelsi" Premyer Liqada 16 oyundan 9-da uduzub. Hazırda London təmsilçisini autsayder zonasından 1 xal ayırır. 

Qeyd edək ki, "Çelsi"nin baş məşqçisi postuna əsas namizəd kimi Qus Hiddink, Xosep Qvardiola, Brendan Rocers və Xuande Ramosun göstərilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi