“Çelsi" ilə oyun üçün "Qarabağ" azarkeşlərinə göndərilmiş biletlərin hamısı satılıb

“Çelsi" ilə oyun üçün "Qarabağ" azarkeşlərinə göndərilmiş biletlərin hamısı satılıb Londonda bilet əldə etmək istəyən “Qarabağ” azarkeşləri üçün isə sentyabrın 11-də satış həyata keçiriləcək
Futbol
8 Sentyabr , 2017 18:17
“Çelsi ilə oyun üçün Qarabağ azarkeşlərinə göndərilmiş biletlərin hamısı satılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ “Qarabağ”ın İngiltərə təmsilçisi “Çelsi”yə qarşı Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirəcəyi oyun üçün Bakıya göndərilmiş biletlərin hamısı satılıb.

“Report” Ağdam klubunun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, Londonda bilet əldə etmək istəyən “Qarabağ” azarkeşləri üçün isə sentyabrın 11-də satış həyata keçiriləcək. Bilet satışının məkanı haqqında növbəti günlərdə ətraflı məlumat veriləcək.

Biletlərin qiymətlərinə gəlincə, “first class” 75 funt sterlinq, azarkeş sektoru isə 35 funt sterlinqdir. Londonda Ağdam klubunun forma, şarf və papaqlarının satışı da təşkil olunacaq.

Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək “Çelsi” – “Qarabağ” oyunu saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi