Bakı. 7 avqust. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubu İspaniya millisinin və "Atletik" komandasının qapıçısı Kepa Arrisabalaqanı heyətinə qatmaq istəyir.
"Report" "Marca"ya istinadən xəbər verir ki, London təmsilçisi 24 yaşlı qolkiper üçün 80 milyon avro ödəmək niyyətindədir. "Çelsi" klubunun bu transferi avqustun 10-a kimi yekunlaşdıracağı ehtimal olunur.
Qeyd edək ki, Tibo Kurtua "Çelsi"dən ayrılmaq istədiyi üçün klubun düşərgəsinə qoşulmayıb. Onun "Real Madrid"ə keçmək istədiyi bildirilir.