"Çelsi" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib - VİDEO

"Çelsi" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib - VİDEO London klubu 12-ci turda "Midlsbro"nu məğlub edib
Futbol
20 Noyabr , 2016 23:04
Çelsi İngiltərə Premyer Liqasında liderliyə yüksəlib - VİDEO

Bakı. 20 noyabr. REPORT.AZ/ Londonun "Çelsi" klubu futbol üzrə İngiltərə Premyer Liqasının XII turu çərçivəsində səfərdə "Midlsbro" üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

“Report” xəbər verir ki, bu qələbə “zadəganlar”ın çempionat cədvəlində birinci pilləyə qalxmasına imkan verib.

Matçda yeganə qolu “londonlular”ın ispan hücumçusu Diyeqo Kosta (41-ci dəqiqə) vurub.

Hazırda "Çelsi"nin hesabında 12 oyuna 28 xal var. “Londonlular” çempionatın ardıcıl altıncı oyununda qələbə qazanıblar. "Midlsbro" 12 oyuna 11 xal ilə 15-ci mövqedə qərarlaşıb.

Növbəti turda "Çelsi" öz meydanında çempionat liderindən 4 xal geri qalan "Tottenhem"i qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi