"Çelsi" İngiltərə çempionatında ardıcıl 5-ci qələbəsini qazanıb - VİDEO

"Çelsi" İngiltərə çempionatında ardıcıl 5-ci qələbəsini qazanıb - VİDEO "Zadəganlar" çempionatın birinci pilləsinə yüksəliblər
Futbol
5 Noyabr , 2016 23:52
Çelsi İngiltərə çempionatında ardıcıl 5-ci qələbəsini qazanıb - VİDEO

Bakı. 5 noyabr. REPORT.AZ/ "Çelsi" futbol üzrə İngiltərə çempionatının 11-ci turunda evdə "Everton" üzərində 5:0 hesabı ilə qələbə qazanıb.

"Report" xəbər verir ki, oyunda qolları Eden Azar (19 və 56-cı dəqiqələr), Markos Alonso (20), Diyeqo Kosta (42) və Pedro Rodriqes (65) vurub.

Bu, London klubunun ölkə birinciliyində ardıcıl 5-ci qələbəsi olub. Eyni zamanda "Çelsi" son beş oyunda rəqib qapısından 16 top keçirdiyi halda, öz qapısını toxunulmaz saxlayıb.

Hazırda "zadəganlar" 25 xal toplayaraq turnir cədvəlinin birinci pilləsinə yüksəliblər, "Everton" 18 xal ilə 6-cıdır.

"Çelsi" noyabrın 20-də keçiriləcək növbəti turda səfərdə "Midlsbro", "Everton" isə bir gün əvvəl öz meydanında "Suonsi" ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi