Yuxarı

​“Çelsi” İngiltərə çempionatında liderliyə yüksəlib

“Çelsi” evdə “Nyukasl”ı məğlub edib, “Mançester Siti” isə səfərdə “Everton”la görüşdə xal itirib

Bakı. 10 yanvar. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

“Report” xəbər verir ki, “Çelsi” evdə “Nyukasl”ı məğlub edib, “Mançester Siti” isə səfərdə “Everton”la görüşdə xal itirib.

Belə olan halda, “aristokratlar” çempionatın şəriksiz lideri olublar.

Bu gün keçirilən oyunların nəticələri:

“Çelsi” — “Nyukasl” — 2:0

Qollar: Oskar, 43; Diyeqo Kosta, 59.

“Everton” — “Mançester Siti” — 1:1

Qollar: Neysmit, 78 — Fernandinyo, 74.

“Lester Siti” — “Aston Villa” — 1:0

Qollar: Konçeski, 45+1.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi