"Çelsi" ev oyunlarını 2020-ci ilədək "Stemford Bric"də keçirəcək

"Çelsi" ev oyunlarını 2020-ci ilədək "Stemford Bric"də keçirəcək "Zadəganlar"ın yenidən bərpa olunmuş stadionda çıxış etmək istəyi daha gec müddətə təxirə salınıb
Futbol
11 Noyabr , 2017 18:00
Çelsi ev oyunlarını 2020-ci ilədək Stemford Bricdə keçirəcək

Bakı. 11 noyabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubu 2020-ci ilədək ev oyunlarını "Stemford Bric" stadionunda keçirəcək. "Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "zadəganlar"ın yenidən bərpa olunmuş stadionda 2021-2022 mövsümündən çıxış etmək istəyi daha gec müddətə təxirə salınıb.

Stadionun ətrafının söküntüsünə 2018-ci ilin üçüncü rübündə, yaxınlıqdakı dəmiryolu xətlərində işlərə 2019-cu ildə başlanılacaq. Beləliklə, klub "Stemford Bric"i 2020-ci ilədək tərk etməyəcək.

Qeyd edək ki, "Çelsi" "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindəndir. 

Son xəbərlər

Orphus sistemi