"Çelsi" Bakı finalından əvvəl daha bir oyunçusu ilə müqaviləni yeniləyib

"Çelsi" Bakı finalından əvvəl daha bir oyunçusu ilə müqaviləni yeniləyib İngiltərənin Çelsi klubu Bakıda Arsenala qarşı keçirəcəyi Avropa Liqasının final matçından əvvəl qapıçısı Villi Kabalyero ilə müqaviləni uzadıb.
Futbol
22 May , 2019 18:57
Çelsi Bakı finalından əvvəl daha bir oyunçusu ilə müqaviləni yeniləyib

İngiltərənin "Çelsi" klubu Bakıda "Arsenal"a qarşı keçirəcəyi Avropa Liqasının final matçından əvvəl qapıçısı Villi Kabalyero ilə müqaviləni uzadıb.

"Report"un "zadəganlar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı qolkiperlə yeni sözləşmə 2019/2020 mövsümünün sonunadək nəzərdə tutulub.

"Göylər" argentinalı oyunçudan əvvəl fransalı hücumçusu Olivye Jiru ilə də 1 illik anlaşma əldə edib.

Qeyd edək ki, Kabalyero "Çelsi"yə 2017-ci ilin yayında "Mançester Siti"dən, Jiru isə 2018-ci ilin yanvarında "Arsenal"dan keçib. Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi