"Çelsi" Abramoviçin dövründə baş məşqçilərə 90 milyon funt sterlinqdən çox təzminat ödəyib

"Çelsi" Abramoviçin dövründə baş məşqçilərə 90 milyon funt sterlinqdən çox təzminat ödəyib İngiltərə təmsilçisi Çelsi klubun sahibi Roman Abramoviçin dövründə istefaya göndərilmiş baş məşqçilərə 90 milyon funt sterlinqdən çox kompensasiya ödəyib.
Futbol
22 May , 2019 11:13
Çelsi Abramoviçin dövründə baş məşqçilərə 90 milyon funt sterlinqdən çox təzminat ödəyib

İngiltərə təmsilçisi "Çelsi" klubun sahibi Roman Abramoviçin dövründə istefaya göndərilmiş baş məşqçilərə 90 milyon funt sterlinqdən çox kompensasiya ödəyib.

"Report"un məlumatına görə, son olaraq italiyalı Antonio Konte London təmsilçisinə qarşı məhkəməni qazana bilib. 50 yaşlı mütəxəssis vaxtından tez - ötən ilin yayında komandadan ayrıldığı üçün 9 milyon funt sterlinq təzminat alacaq. 

"Zadəganlar"ın baş məşqçilərə ödədiyi təzminat məbləğinin daha da artacağı ehtimal olunur. Komanda baş məşqçi Mauritsio Sarri ilə də müqaviləyə xitam vermək niyyətindədir. Halbuki onun da sözləşməsi növbəti ilin yayında bitir.

Konte 2016 - 2018-ci illərdə "Çelsi"də çalışıb. Komanda onun rəhbərliyi altında 2016/2017 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub, bir il sonra isə ölkə kubokunda qələbə sevinci yaşayıb. Təcrübəli mütəxəssis 2017-ci ilin yayında klubla iki illik müqavilə bağlayıb. O, illik 7.5 milyon funt sterlinq qazanmaqla "Çelsi" tarixində ən yüksək ödənişli baş məşqçi olub. Kontenin komandadan ayrılma səbəbi kimi rəhbərliklə fikir ayrılığı göstərilib. 

Bu mövsüm "Çelsi"nin sükanı arxasına keçən Mauritsio Sarri Premyer Liqada üçüncü ola bilib. 

Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildən "Çelsi"nin sahibidir. Komanda mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi