"Çelsi" baş məşqçi vəzifəsinə sabiq futbolçusunu gətirmək istəyir

"Çelsi" baş məşqçi vəzifəsinə sabiq futbolçusunu gətirmək istəyir İngiltərə təmsilçisi Çelsinin sabiq futbolçusu Frenk Lempard komandanın baş məşqçisi ola bilər.
Futbol
15 May , 2019 19:10
Çelsi baş məşqçi vəzifəsinə sabiq futbolçusunu gətirmək istəyir

İngiltərə təmsilçisi "Çelsi"nin sabiq futbolçusu Frenk Lempard komandanın baş məşqçisi ola bilər. 

"Report" "Sport Mediaset"ə istinadən xəbər verir ki, London klubu hazırda “Derbi Kaunti”yə rəhbərlik edən sabiq yarımmüdafiəçinin namizədliyini nəzərdən keçirir. 

"Çelsi"nin sahibi Roman Abramoviç hazırkı baş məşqçi Mauritsio Sarrinin azarkeşlərlə gərgin münasibətinə görə italiyalı mütəxəssisdən imtina etmək istəyir. 

Qeyd edək ki, Frenk Lempard 2001-ci ildən 2014-cü ilədək "Çelsi"də çıxış edib. O, London klubunun heyətində 648 oyuna 211 qol vurub və komanda ilə 3 dəfə ölkə çempionu adını qazanıb. O həmçinin Çempionlar Liqasının da qalibi olub. 

Son xəbərlər

Orphus sistemi