Yuxarı

KİV: "Çelsi" Bakıdakı finaldan sonra baş məşqçisini istefaya göndərəcək

"Çelsi" Bakıdakı finaldan sonra baş məşqçisini istefaya göndərəcək

İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Mauritsio Sarri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçından sonra istefaya göndəriləcək.

“Report” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, paytaxt klubunun sahibi Roman Abramoviç Londonun digər təmsilçisi “Arsenal” ilə həlledici oyunun nəticəsindən asılı olmayaraq, 60 yaşlı italiyalı mütəxəssisi yola salacaq.

Rusiyalı iş adamı ötən yay “Çelsi” ilə 2021-ci ilin iyulunadək müqavilə bağlayan Sarrinin azarkeşlərlə gərgin münasibəti ilə əlaqədar olaraq, belə bir qərar verib.

Qeyd edək ki, “Çelsi” ötən həftə başa çatan İngiltərə Premyer Liqasında 3-cü yeri tutub. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşü saat 23:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi