“Çelsi” azlıqda qalan “Arsenal”ı məğlub edə bilməyib

“Çelsi” azlıqda qalan “Arsenal”ı məğlub edə bilməyib Futbol üzrə İngiltərə Premyer Liqasında XXIV turun mərkəzi görüşü “Çelsi” və “Arsenal” komandaları arasında keçirilib.
Futbol
22 Yanvar , 2020 02:10
“Çelsi” azlıqda qalan “Arsenal”ı məğlub edə bilməyib

Futbol üzrə İngiltərə Premyer Liqasında XXIV turun mərkəzi görüşü “Çelsi” və “Arsenal” komandaları arasında keçirilib.

“Report” xəbər verir ki, “Stemford Bric” stadionunda təşkil olunmuş London derbisində qalib müəyyənləşməyib - 2:2.

26-cı dəqiqədə “topçular” azlıqda qalıblar. David Luis Temmi Abrahamın qarşısını aldığı üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Baş hakim Stüart Atvellin təyin etdiyi penaltini Jorjinyo yerinə yetirib. 63-cü dəqiqədə Qabriel Martinelli hesabı bərabərləşdirib.

84-cü dəqiqədə Sesar Aspilikueta yenidən “zadəganlar”ı önə keçirib. Lakin 87-ci dəqiqədə Ektor Belyerin yenidən qonaqların bərabərlik qolunu vurub.

Beləliklə, xallarını 40-a çatdıran “Çelsi” 4-cü pillədə qalıb. 30-cu xalını qazanan “Arsenal” isə 10-cu pilləyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi