"Çelsi" 6 futbolçusu ilə vidalaşmaq istəyir - SİYAHI

"Çelsi" 6 futbolçusu ilə vidalaşmaq istəyir - SİYAHI İngiltərənin Çelsi klubu heyətində dəyişikliklər etməyə hazırlaşır.
Futbol
15 İyun , 2020 10:27
Çelsi 6 futbolçusu ilə vidalaşmaq istəyir - SİYAHI

İngiltərənin "Çelsi" klubu heyətində dəyişikliklər etməyə hazırlaşır. 

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 6 futbolçusunu satmaq niyyətindədir. Bunlar Temue Bakayoko, Mişi Batşuayi, Viktor Mozes, Daniel Drinkuoter, Davide Zappakosta və Emersondur. 

"Zadəganlar" Almaniya "Leyptsiq"indən Timo Verner, Leverkuzen "Bayer"indən Kay Haverts və İngiltərənin "Lester" klubundan Ben Çilvelli heyətinə qatmaq istəyir. 

"Çelsi"nin yay transfer dönəmindəki xərci 250 milyon funt sterlinq ola bilər. 

Son xəbərlər

Orphus sistemi