Yuxarı

"Çelsi" 5,7 mln. avro müqabilində Sarrini "Yuventus"a buraxa bilər

​"Çelsi" 5,7 mln. avro müqabilində Sarrini "Yuventus"a buraxa bilər

Londonun "Çelsi" klubu baş məşqçi Maurisio Sarrini "Yuventus"a buraxa bilər, lakin ona görə təzminat almaq istəyir.

"Report" "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, ingilis klubu italiyalı mütəxəssisi 5,7 mln. avro dəyərində qiymətləndirir, çünki müqavilə 2021-ci ilə qədər qüvvədədir.

Daha əvvəl "Çelsi"nin sahibi Roman Abramoviçin azarkeşlərlə gərgin münasibətinə görə Sarrini qovmaq istədiyi məlumat verilib. Ona əvəz kimi "Derbi Kaunti" baş məşqçisi Frenk Lempardın adı çəkilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi