CBF-in sabiq prezidenti koronavirusa görə həbsdən erkən buraxıldı

CBF-in sabiq prezidenti koronavirusa görə həbsdən erkən buraxıldı Braziliya Futbol Konfederasiyasının (CBF) sabiq prezidenti Joze Mariya Marin vaxtından əvvəl həbsxanadan azadlığa buraxılıb. Reportun məlumatına görə, cəza müddəti koronavirus pandemiyası fonunda 8 ayadək azaldılıb.
Futbol
31 Mart , 2020 01:48
CBF-in sabiq prezidenti koronavirusa görə həbsdən erkən buraxıldı

Braziliya Futbol Konfederasiyasının (CBF) sabiq prezidenti Joze Mariya Marin vaxtından əvvəl həbsxanadan azadlığa buraxılıb. "Report"un məlumatına görə, cəza müddəti koronavirus pandemiyası fonunda 8 ayadək azaldılıb.

Marin FIFA-dakı korrupsiya işi üzrə 2015-ci ilin mayında həbs olunub. Onu futbol yarışlarının media və marketinq hüquqları qarşılığında rüşvət almaqda birgə iştirakda ittiham ediblər. 2018-ci ildə məhkəmə CBF-in keçmiş prezidentini 4 illik həbsə məhkum edib. Vəkilləri onun cəzasının azaldılması üçün təcili vəsatət qaldırıblar.

Mayın 6-da Marinin 88 yaşı tamamlanacaq. O, risk qrupuna daxildir, çünki 60 yaşdan yuxarı insanların koronavirusa yoluxmadan ölüm ehtimalı gənclərə nəzərən kifayət qədər yüksəkdir.

Marin CBF-ə 2012-ci ilin martından 2015-ci ilin aprelinədək rəhbərlik edib. O, həbs olunduqdan sonra girov qarşılığında azadlığa buraxılıb və ABŞ-a ekstradisiya olunub.

4 il müddətinə azadlıqdan məhrum olma ilə yanaşı, braziliyalı funksioner 1 milyon İsveçrə frankı məbləğində cəriməyə məruz qalıb və futboldan ömürlük məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi