"CBC Sport"un baş direktoru: "Tamaşaçılar yenə Premyer Liqanın oyunlarını izləyəcəklər"

"CBC Sport"un baş direktoru: "Tamaşaçılar yenə Premyer Liqanın oyunlarını izləyəcəklər" Volkan Üst kanalın hazırkı vəziyyətindən danışıb
Futbol
16 Dekabr , 2016 20:20
CBC Sportun baş direktoru: Tamaşaçılar yenə Premyer Liqanın oyunlarını izləyəcəklər

Bakı. 16 dekabr. REPORT.AZ/ "CBC Sport" kanalında hər hansı problem yoxdur. Sadəcə kanalımızda fəaliyyət göstərən səyyar telestansiyalardan (STS) biri göndərilib. Bu səbəbdən həmin STS-lə çalışan əməkdaşlar ixtisara düşüb". 

Bunu "Report"a açıqlamasında "CBC Sport"un baş direktoru Volkan Üst rəhbərlik etdiyi kanalın maliyyə çətinliyi ilə üzləşdiyi haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, tezliklə kanal yenidən iki STS-lə fəaliyyətini davam etdirəcək: "Premyer Liqada bir oyun yayımlamağımız bununla bağlı deyil. Sadəcə, son turlar olduğundan bütün oyunlar eyni gündə keçirilir. Yenə tamaşaçılar Premyer Liqanın iki, üç oyununu izləyə biləcəklər. Hazırda ikinci STS-lə bağlı texniki hazırlıq işləri gedir və tezliklə yenidən əvvəlki kimi işləyəcəyik. Gələn ildən tamaşaçılarımızı müxtəlif layihələrlə, yarışların yayımı ilə sevindirəcəyik".

Baş direktor hazırda kanalda heç bir maddi problemin olmadığını da söyləyib: "Maliyyə ilə bağlı problemimiz yoxdur, hər şey normaldır. Əməkdaşlarımız maaşlarını vaxtında alır, normal qaydada işimizi davam etdiririk".

Son xəbərlər

Orphus sistemi