Yuxarı
    Bağlamaq

    CBC Premyer Liqa oyunlarını Azərbaycan dilində yayımlayacaq

    Bu barədə qərar AFFA, PFL və CBC TV rəhbərliyinin müzakirəsindən sonra verilib

    Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının oyunları CBC telekanalında rus dilində yayımlanmayacaq. "Report"un məlumatına görə, bu barədə qərar AFFA, PFL və CBC TV rəhbərliyinin müzakirəsindən sonra verilib. 

    Qərara əsasən, oyunlar "CBC-Sport" telekanalı açılanadək keçid dövründə oyunlar CBC TV-də Azərbaycan dilində yayımlanacaq. 

    Qeyd edək ki, Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımına dair elan etdiyi tenderin qalibi - CBC TV kanalı Azərbaycanın ilk rusdilli beynəlxalq peyk telekanalı olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhini rus dilində həyata keçiriləcəyini bildirmişdi. Oyunların Azərbaycan dilində şərhi isə AFFA-nın "YouTube" (AFFA Official) kanalında nəzərdə tutulurdu. CBC telekanalı oyunların yayımının müvəffəqiyyətlə həyata keçirəcəyi təqdirdə, yaxın müddət ərzində özünün idman redaksiyası əsasında "CBC-Sport" kanalı açacağını və oyunların yayım hüququnu həmin kanala ötürüləcəyini və oyunların şərhlərinin Azərbaycan dilində olacağını bildirmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi