​"CBC Sport Kuboku"nun püşkatması təxirə düşüb

​"CBC Sport Kuboku"nun püşkatması təxirə düşüb Mərasim sabah baş tutacaq
Futbol
11 Yanvar , 2016 17:54
​CBC Sport Kubokunun püşkatması təxirə düşüb

Bakı. 11 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasındakı qış fasiləsində təlim-məşq toplanışını ölkə daxilində keçirən klubların bir araya gələcəyi "CBC Sport Kuboku" turnirinin püşkatması təxirə düşüb. "Report"un məlumatına görə, klub rəsmiləri bu gün bir araya gəlsə də, mərasim baş tutmayıb.

Tərəflərin razılığına əsasən, püşkatma mərasimi sabah günorta saatlarında keçiriləcək. Ancaq turnirin yanvarın 14-də start götürəcəyi dəqiqləşib.

Qeyd edək ki, "CBC Sport Kuboku" turnirində Premyer Liqa klublarından "Neftçi", "Xəzər Lənkəran", AZAL, "Rəvan", I diviziondan isə "Şərurspor", "Qaradağ Lökbatan, "Neftçala" və MOİK iştirak edəcək. Turnirin final görüşü Bakı Olimpiya Stadionunda olacaq.

Son xəbərlər

Orphus sistemi