Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib

Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib O, Ziya Məmmədovu əvəzləyib
Futbol
12 Oktyabr , 2016 12:07
Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib
Cavid Qurbanov

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, toplantıda "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti"nin sədri Cavid Qurbanov federasiya rəhbəri seçilib. 

İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak edib. 

Qeyd edək ki, federasiyanın bundan əvvəlki prezidenti nəqliyyat naziri Ziya Məmmədov idi. 

Son xəbərlər

Orphus sistemi