Yuxarı
    Bağlamaq

    Cavid Qarayev: "Azərbaycan-Moldova oynunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün müvafiq qurumlara müraciət edəcəyik"

    Bakı Olimpiya Stadionunun direktoru: İstərdik ki, stadionumuza azarkeşlər buraxılmamışdan öncə xüsusi aparatlar vasitəsilə yoxlanılsınlar

    Bakı. 14 noyabr. REPORT.AZ/ AFFA rəhbərliyi Bakı Olimpiya Stadionunda Azərbaycan və Moldova yığmaları arasında keçiriləcək yoldaşlıq görüşündə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün Azərbaycanın müvafiq qurumlarına müraciət edəcək. Bu barədə "Report"a stadionun direktoru Cavid Qarayev məlumat verib.

    Onun sözlərinə görə, ötən gecə Fransanın paytaxtı Parisdə törədilmiş terror hadisələrindən sonra arenada təhlükəsizlik məsələlərinə daha ciddi yanaşılması zərurəti yaranıb. Bu səbəbdən, C.Qarayev AFFA qarşısında məsələ qaldırdıqlarını bildirib: "Bakı Olimpiya Stadionunda təhlükəsizlik tədbirlərinin hələ I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri zamanı yüksək səviyyədə qorunmasının şahidi olmuşduq. Yenə təhlükəsizlik tədbirlərinin görülməsinə zərurət hiss etdiyimizdən, AFFA qarşısında məsələ qaldırmışıq. İstərdik ki, stadionumuza azarkeşlər buraxılmamışdan öncə xüsusi aparatlar vasitəsilə yoxlanılsınlar".

    C.Qarayev deyib ki, hazırkı məqamda əsas məsələ oyunu izləməyə gələcək insanların təhlükəsizliyinin təmin olunmasıdı.

    Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Azərbaycan - Moldova matçı saat 21:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi