​Cavid İmamverdiyev: "Türkiyədə legioner olduğumu hiss etdirmirlər"

​Cavid İmamverdiyev: "Türkiyədə legioner olduğumu hiss etdirmirlər" Yarımmüdafiəçi "Neftçi"nin avrokubokların qrup mərhələsinə yüksələcəyinə inanır
Futbol
21 Yanvar , 2015 09:52
​Cavid İmamverdiyev: Türkiyədə legioner olduğumu hiss etdirmirlər

Bakı. 21 yanvar. REPORT.AZ/ "Öz komandana qarşı oynamaq fərqli hissdir. İstər-istəməz çəkinirsən, deyirsən özümü göstərim, yenidən qayıdım". "Report"un məlumatına görə, bunu Türkiyənin Antalya bölgəsində "Neftçi" ilə yoxlama oyunundan sonra Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlamasında Türkiyənin "Elazığspor" komandasının futbolçusu Cavid İmamverdiyev deyib.

İcarə əsasında Türkiyə 1-ci liqasında mübarizə aparan 25 yaşlı yarımmüdafiəçi "Neftçi"də böyüdüyünü, orada futbola başladığını qeyd edərək, qayıdacağı təqdirdə sabiq komandasının heyətinə qoşulacağını söyləyib. Türkiyədə legioner həyatı yaşayan C.İmamverdiyev özünü əcnəbi kimi hiss etmədiyini bildirib: "Bir millət, iki dövlət elə belə deyilmir. Onlar hiss etdirmirlər ki, mən burada legionerəm. Əslində, legioner də sayılmıram. Həm oyunlarda, həm də stadiondan kənarda mənə dəstək olurlar".

Yarımmüdafiəçi "Neftçi" haqda danışarkən, paytaxt klubunun yaxşı transferlər etdiyini vurğulayıb. O, "ağ-qaralar"ın bu mövsüm avrokubokların qrup mərhələsində mübarizə aparacağına inandığını bildirib. 

Qeyd edək ki, Cavid İmamverdiyev ötən yay "Neftçi"dən "Elazığspor"a 1 illik icarəyə verilib. 

Son xəbərlər

Orphus sistemi