Cavid İmamverdiyev: "Meydana çıxsam, nəyə qadir olduğumu ortaya qoyacağam"

Cavid İmamverdiyev: "Meydana çıxsam, nəyə qadir olduğumu ortaya qoyacağam" Antalya. 29 yanvar. REPORT.AZ/ Milliyə yenidən dəvət almağıma çox şadam. Mənə yenidən şans verdiyi üçün yığmanın baş məşqçisi Qurban Qurbanova minnətdaram. Əlimdən gələni edəcəyəm ki, komandaya kömək olum.
Futbol
29 Yanvar , 2018 20:24
Cavid İmamverdiyev: Meydana çıxsam, nəyə qadir olduğumu ortaya qoyacağam

Antalya. 29 yanvar. REPORT.AZ/ "Milliyə yenidən dəvət almağıma çox şadam. Mənə yenidən şans verdiyi üçün yığmanın baş məşqçisi Qurban Qurbanova minnətdaram. Əlimdən gələni edəcəyəm ki, komandaya kömək olum".

"Report"un Türkiyənin Antalya bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan milli komandasına uzun müddətdən sonra dəvət alan "Sumqayıt" klubunun futbolçusu Cavid İmamverdiyev deyib. 

O bildirib ki, millidə əsas heyətə hazır olub-olmadığını baş məşqçi Qurban Qurbanov deyə bilər: "Biz başımızı aşağı salaraq oyunumuzu sərgiləyirik. Meydana çıxan hər bir futbolçu əlindən gələnin artığını etməlidir ki, milliyə faydalı olsun. Bu, bizim üçün qürur məsələsidir. Klubla milli komanda fərqli anlayışlardır. Meydana çıxsam, nəyə qadir olduğumu ortaya qoyacağam. Hər bir futbolçu milli komandadan dəvətə hazır olmalıdır. Yığmaya çağırılacağımı gözləməyim 50/50 nisbətində idi. Yəni çox da dəqiq bilmirdim. Sevinirəm ki, dəvət aldım. Mən də əlimdən gələni edəcəyəm ki, heyətdə möhkəmlənim".

İmamverdiyev Moldova ilə yanvarın 30-da keçirəcəkləri oyun barədə də baş məşqçinin danışmasını məqsədəuyğun sayıb: "Oyuna hazırlıqlarımız davam edir. Moldova ilə bağlı suallara baş məşqçimiz daha dəqiq cavab verə bilər. Onu deyə bilərəm ki, rəqibin oyunu bizə göstərildi, analizlər apardıq".

Təcrübəli yarımmüdafiəçi UEFA Millətlər Liqasında Azərbaycan millisinin yer aldığı qrupda yalnız kağız üzərində favorit sayıldığını söyləyib: "Amma mən belə düşünürəm ki, zəif komanda olmur. İlk növbədə, özümüzü zəif görməliyik ki, irəli gedə bilək".

Son xəbərlər

Orphus sistemi