Cavid Hüseynov tennisbol oynadığı vaxt ağır zədə alıb

Cavid Hüseynov tennisbol oynadığı vaxt ağır zədə alıb "Qəbələ"nin kapitanının ayağına 6 tikiş qoyulub
Futbol
9 Mart , 2018 17:41
Cavid Hüseynov tennisbol oynadığı vaxt ağır zədə alıb
Report/ Firi Salim

Bakı. 9 mart. REPORT.AZ/ "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandanın kapitanı və bu gün 30 yaşı tamam olan Cavid Hüseynovun Gəncədə "Kəpəz"i 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIX tur matçında meydana çıxmamasının səbəbini açıqlayıb. 

"Report"un Qərb bürosu xəbər verir ki, ukraynalı mütəxəssis Hüseynovun ciddi zədə aldığını bildirib. O, təcrübəli yarımmüdafiəçinin ayağına 6 tikişin qoyulduğunu söyləyib: "Həyatda hansı pis anlar baş verirsə, "Qəbələ"nin başına gəlir. Nə vaxtsa bunlar barədə danışacağam. Hazırda isə söhbət konkret olaydan gedir. Cavid iki gün əvvəl tennisbol oynadığımız vaxt zədə alıb. Onun ayağı partlayıb. Nəticədə 6 tikiş qoyulub. Bu, nadir hallarda baş verir. Lakin Cavid məhz indi, belə çətin və bizə lazım olan vaxtda zədələnib". 

Qriqorçuk Hüseynovun yoxluğunda səfərdə vacib qələbəyə nail olduqlarını vurğulayıb: "Sevinirəm ki, onun iştirak etmədiyi oyunda çox vacib qələbəyə nail ola bildik. Cavidə tezliklə sağalmasını diləyir və onu 30 yaşı olması münasibətilə təbrik edirəm. Mən və komandam bu qələbə ilə fəxr edirik. Çünki bu, vəziyyətin elə də xoş olmadığı dövrdə qazanıldı. İlk növbədə, özünəinam, xarakter, toparlanma bu gün qazanılmış 3 xaldan önəmlidir".

Son xəbərlər

Orphus sistemi