Cavid Hüseynov: “Norveçi səfərdə də məğlub etməyə çalışacağıq”

Cavid Hüseynov: “Norveçi səfərdə də məğlub etməyə çalışacağıq” “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsi də milliyə müsbət təsir edir"
Futbol
30 Avqust , 2017 16:41
Cavid Hüseynov: “Norveçi səfərdə də məğlub etməyə çalışacağıq”
Report.az

Bakı. 30 avqust. REPORT.AZ/ “Norveçdən yaxşı nəticə ilə dönmək istəyirik. Komanda olaraq buna köklənmişik”. 

Bunu “Report”a Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynov Osloda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup oyunu barədə danışarkən deyib.

“Qəbələ” komandasının 29 yaşlı kapitanı Azərbaycan millisinin seçmə qrup mərhələsinin ilk oyunlarında Norveç və San Marino yığmalarını məğlub etməsinə diqqət çəkib. Hüseynov bu dəfə qalib gəlməyə çalışacaqlarını söyləyib: “Norveçdən sonra Bakıda San Marinonu qəbul edəcəyik. Hər iki görüşdə bacarığımızı ortaya qoyacağıq. Bu komandaları ilk matçlarda məğlub etmişik. Həmin uğuru təkrarlamağa çalışacağıq. “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsi də milliyə müsbət təsir edir. Hamımız sevinirik. Norveçdə ancaq qələbə üçün meydana çıxacağıq. Amma hansı nəticə ilə qayıdacağımızı demək çətindir”.

Qeyd edək ki, Azərbaycan millisi Norveçlə sentyabrın 1-də Ullevaal stadionunda qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi