CAR klubunun baş məşqçisi: "Billiat komandamızdan ayrılır və "Qarabağ"a keçir"

CAR klubunun baş məşqçisi: "Billiat komandamızdan ayrılır və "Qarabağ"a keçir" "Söz-söhbətlər var ki, ona böyük pullar ödəniləcək"
Futbol
3 May , 2018 12:29
CAR klubunun baş məşqçisi: Billiat komandamızdan ayrılır və Qarabağa keçir

Bakı. 3 may. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sandaunz" klubunun baş məşqçisi Pitso Mosimane futbolçu Xama Billiatın "Qarabağ"a mümkün keçidinə münasibət bildirib. 

"Report" xəbər verir ki, 54 yaşlı mütəxəssis Billiatın Azərbaycan komandasına transfer ehtimalının böyük olduğunu açıqlayıb. Mosimane 28 yaşlı hücumçunun Ağdam təmsilçisinin düşərgəsinə yollanmamışdan öncə hazırkı klubunda son oyununa çıxa biləcəyini deyib: "Belə söz-söhbətlər var ki, Biliat "Qarabağ"a keçəcək və ona böyük pullar ödəniləcək. Billiat bizimlə müqaviləsini yeniləmədi. Mən onun gedişini qəbul etdim. Amma açığı, Xama bizə 5 yaxşı ilini verdi. İndi isə onu buraxma zamanı yetişib".

Qeyd edək ki, artıq qızıl medalları təmin etmiş "Mamelodi Sandaunz" CAR çempionatında son oyununu mayın 12-də "Blum Seltik"ə qarşı keçirəcək.  
 

Son xəbərlər

Orphus sistemi