CAR-da futbol matçı zamanı azarkeşlər meydana hücum çəkib - VİDEO

CAR-da futbol matçı zamanı azarkeşlər meydana hücum çəkib - VİDEO Bakı. 23 aprel. REPORT.AZ/ Cənubi Afrika Respublikasında (CAR) futbol üzrə ölkə kubokunun yarımfinal matçında insident baş verib.
Futbol
23 Aprel , 2018 20:44
CAR-da futbol matçı zamanı azarkeşlər meydana hücum çəkib - VİDEO

Bakı. 23 aprel. REPORT.AZ/ Cənubi Afrika Respublikasında (CAR) futbol üzrə ölkə kubokunun yarımfinal matçında insident baş verib.

“Report”un məlumatına görə, “Fri Steyt Stars”ı qəbul edən “Kayze Çifs”in 0:2 hesab ilə uduzması ev sahiblərinin azarkeşlərini qəzəbləndirib.

Meydana hücum çəkən fanatlarla stadion işçiləri arasında dava düşüb. Bundan qorxuya düşən futbolçular paltardəyişmə otağına qaçmalı olublar və polis nəzarəti altında stadionu tərk ediblər.

Polis azarkeşlərin qarşısını almaq üçün səs bombalarından və gözyaşardıcı qazdan istifadə etməli olub. İnsident nəticəsində 18 nəfər xəsarət alıb.

Xoşagəlməz olaydan sonra “Kayzer Çifs”in baş məşqçisi Stiv Kompela istefa verib.

Son xəbərlər

Orphus sistemi