Yuxarı

Canni İnfantino: "İndi FİFA tarixində həqiqətən də dönüş nöqtəsidir"

AFFA-nın dəstəklədiyi namizəd FİFA-ya üzv assosiasiyalara müraciət edib

Bakı. 22 fevral. REPORT.AZ/ FİFA prezidenti postuna namizədlərdən olan Canni İnfantino açıqlama yayıb. "Report"un məlumatına görə, UEFA-nın baş katibi 26 fevral seçkisinin önəmini vurğulayıb. 

O bildirib ki, bu həftə ali futbol qurumunun 112 illik tarixi ərzində ən əlamətdarı olacaq. C.İnfantinonun fikrincə, 209 üzv ölkə nəinki öz talelərini, həm də FİFA və dünya futbolunun gələcəyini müəyyənləşdirmək imkanına malikdirlər: "FİFA-nın yeni prezidentinin seçkisi və idarəetmə islahatlarının geniş spektri naminə səsvermə FİFA-nın yeni etimad, hörmət və kommersiya uğuru yoluna çıxara bilər. Bu yenilənmə yoluna qədəm qoyan FİFA-ya üzv assosiasiyalar gələcəyə yeni prezidentə real inam və onun təşkilatı ən yaxşı vəziyyətə çatdırmaq imkanlarına əminliklə baxa bilərlər. Məni FİFA prezidenti seçsələr, qurumu yeni inkişaf erasına və hörmətə, daim futbolun maraqları naminə hərəkət etməyə, futbolu FİFA-nın ürəyinə qaytarmağa köməkdən şərəf duyacağam. İndi FİFA tarixində həqiqətən də dönüş nöqtəsidir". 

Qeyd edək ki, FİFA prezidentliyi uğrunda Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman İbrahim əl-Xəlifə, İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn, CAR-ın keçmiş naziri Tokyo Seksvale və UEFA baş katibinin sabiq müavini Jerom Şampan da mübarizə aparacaq. AFFA seçkidə Canni İnfantinonu dəstəkləyəcəyini açıqlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi