KİV: Canni İnfantino FIFA-nın prezidenti postuna yeganə namizəd olacaq

KİV: Canni İnfantino FIFA-nın prezidenti postuna yeganə namizəd olacaq Bakı. 6 fevral. REPORT.AZ/ FIFA prezidenti Canni İnfantino rəhbər posta növbəti seçkidə yeganə namizəd olacaq.
Futbol
6 Fevral , 2019 15:48
KİV: Canni İnfantino FIFA-nın prezidenti postuna yeganə namizəd olacaq

Bakı. 6 fevral. REPORT.AZ/ FIFA prezidenti Canni İnfantino rəhbər posta növbəti seçkidə yeganə namizəd olacaq.

“Report” “Frans-Press”ə istinadən xəbər verir ki, seçkidə 49 yaşlı funksionerin rəqibi olmayacaq. Bir müddət əvvəl İsveçrə yığmasının sabiq futbolçusu Ramon Veqanın da namizədliyini irəli sürəcəyi bildirilirdi.

FIFA prezidentliyinə namizədliyin irəli sürülməsi prosesi fevralın 5-də başa çatıb. Rəhbər posta seçki iyunun 5-də Fransanın paytaxtı Parisdə qurumun Konqresi çərçivəsində keçiriləcək.

Qeyd edək ki, İnfantino 2016-cı ilin fevralından FIFA-ya başçılıq edir.

Son xəbərlər

Orphus sistemi