Canluici Buffon "Yuventus"la vidalaşacağını açıqlayıb

Canluici Buffon "Yuventus"la vidalaşacağını açıqlayıb Bakı. 17 may. REPORT.AZ/ İtaliya Yuventusunun qapıçısı Canluici Buffon A Seriyasının son turunda Verona ilə oyundan sonra klubu ilə vidalaşacaq.
Futbol
17 May , 2018 14:13
Canluici Buffon Yuventusla vidalaşacağını açıqlayıb
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ İtaliya "Yuventus"unun qapıçısı Canluici Buffon A Seriyasının son turunda "Verona" ilə oyundan sonra klubu ilə vidalaşacaq. 

"Report"un məlumatına görə, bu barədə 40 yaşlı qolkiperin özü keçirdiyi mətbuat konfransında açıqlama verib. O gözəl səyahətinin yekununa yetişdiyini bildirib: "Bu səyahət boyunca həqiqətən də qayğıma qalan insanlarla birgə olmaq xoşbəxtliyi mənə nəsib oldu. Bunu hər gün hiss etdim və onların sevgisi üzündən var gücümlə mübarizə apardım".  

Buffon hələlik karyerası ilə bağlı qərar vermədiyini də əlavə edib: "Mənim üçün "Yuventus" böyük ailədir və ailənin bir hissəsi olmaq böyük şərəfdir. Bir neçə maraqlı təklif almışam. Lakin gələn həftəyədək gözləyin. Karyeramı davam etdirsəm, bu, böyük hədəflərə can atmağım demək olacaq".  

Qeyd edək ki, "Yuventus" "Verona" ilə mayın 19-da evdə üz-üzə gələcək. Canluici Buffonun karyerasını İngiltərə "Liverpul"unda davam etdirəcəyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi