Canluici Buffon Çempionlar Liqasında ilk dəfə qırmızı vərəqə alıb

Canluici Buffon Çempionlar Liqasında ilk dəfə qırmızı vərəqə alıb Bakı. 12 aprel. REPORT.AZ/ İtaliyanın Yuventus klubunun qapıçısı Canluici Buffon karyerası ərzində ilk dəfə Çempionlar Liqası matçında qırmızı vərəqə alıb.
Futbol
12 Aprel , 2018 01:20
Canluici Buffon Çempionlar Liqasında ilk dəfə qırmızı vərəqə alıb

Bakı. 12 aprel. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon karyerası ərzində ilk dəfə Çempionlar Liqası matçında qırmızı vərəqə alıb.

"Report" xəbər verir ki, 40 yaşlı qolkiper İspaniya "Real Madrid"i ilə 1/4 final mərhələsinin cavab görüşünün uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penaltiyə görə ingiltərəli baş hakim Maykl Oliverlə kəskin mübahisəsi üzündən cəzalandırılıb. 

Nəticədə Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək, "Real Madrid"i iki oyunun cəmində 4:3 (3:0, 1:3) hesablı qələbə sayəsində yarımfinala çıxarıb.

Qeyd edək ki, Canluici Buffon indiyədək Çempionlar Liqasında 117 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi