"Neftçi"nin futbolçusu: "Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq"

"Neftçi"nin futbolçusu: "Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq" Həftə ərzində oyuna yaxşı hazırlaşmışıq.
Futbol
14 Avqust , 2019 20:54
Neftçinin futbolçusu: Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq

"Həftə ərzində oyuna yaxşı hazırlaşmışıq".

"Report"un Təl-Əvivə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Dario Frederiko İsraildə "Bney Yehuda" ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.

28 yaşlı hücumçu artıq rəqibi yaxşı tanıdıqlarını bildirib: "Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq.

Braziliyalı vinger özünün əsas xüsusiyyətlərindən birinin driblinq etmək olduğunu söyləyib. O deyib ki, rəqib yenə qapansa, bu oyununa üstünlük verəcək.

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2. 

Son xəbərlər

Orphus sistemi