Yuxarı

"Bursaspor"un baş məşqçisi Azərbaycan yığmasının futbolçusunu müdafiə edib

"Bursaspor"un baş məşqçisi Azərbaycan yığmasının futbolçusunu müdafiə edib
Dəniz Yılmazın bu qədər müzakirə olunmasına, tənqid edilməsinə üzüldüm

Bakı. 18 yanvar. REPORT.AZ/ "Biz hücumçu Kubilay Kanatsızkuşu qazanmaq üçün Dəniz Yılmazı cinahda oynadırıq. Dəniz öz mövqeyində oynamamaqla fədakarlıq edir". 

"Report"un məlumatına görə, bunu Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Hamza Hamzaoğlu komandanın bugünkü məşqindən öncə yerli mətbuata açıqlamasında Azərbaycan millisinin üzvü Dəniz Yılmaz haqda danışarkən deyib.

Baş məşqçi 29 yaşlı hücumçunun tənqid olunmasına üzüldüyünü söyləyib: "Artıq Kanatsızkuşu qazanmışıq. Bundan sonra o da komandanın önəmli oyunçularından olacaq. Artıq hər kəs komandaya xeyir verməyə çalışacaq. Dəniz Yılmazın bu qədər müzakirə olunması, tənqid edilməsinə üzüldüm. Çünki Dəniz buna layiq deyil. Meydanda olduğu müddətdə əlindən gələni edir. Pis oynayan təkcə o deyil, komanda olaraq yaxşı çıxış etmirdik. Fikrimcə, şəxsi reaksiyalar olmasa, daha yaxşıdır. Artıq Super Liqaya köklənmişik. "Adanaspor" matçı ilə işimizə başlayacağıq".

Qeyd edək ki, "Bursaspor" ölkə kubokunun G qrupunda mübarizə aparır. Son oyunun nəticəsindən asılı olmayaraq, komanda kubokda mübarizəni dayandırıb. Hamza Hamzaoğlunun rəhbərlik etdiyi komanda ən yaxşı halda qrupu 3-cü pillədə başa vura bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi