"Bursaspor" rəhbərliyi Azərbaycan yığmasının futbolçusunu bağışlayıb

"Bursaspor" rəhbərliyi Azərbaycan yığmasının futbolçusunu bağışlayıb Bu barədə qərar baş məşqçi Mutlu Topçunun raportu əsasında çıxarılıb
Futbol
23 Fevral , 2017 13:42
Bursaspor rəhbərliyi Azərbaycan yığmasının futbolçusunu bağışlayıb

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz Türkiyənin "Bursaspor" klubu tərəfindən əfv olunub. "Report"un "SporX"ə istinadən məlumatına görə, bu barədə qərar baş məşqçi Mutlu Topçunun raportu əsasında çıxarılıb.

Rəhbərliklə Topçu arasındakı görüşdən sonra Deniz Yılmaz və Sercan Yıldırım bağışlanıb. Hər iki oyunçu bugünkü məşqə qatılıb.

Qeyd edək ki, Deniz Yılmaz Türkiyə Super Liqasının XXI turunda "Kayserispor"la səfər matçında rəqib futbolçunu bilərəkdən vurduğu üçün qırmızı vərəqə alıb. Onun məsələsinə Türkiyə Futbol Federasiyasının Nizam İntizam Komitəsində baxılacaq. "Bursaspor" XXII turda "Kasımpaşa"nın qonağı olacaq. 

Son xəbərlər

Orphus sistemi