"Bursaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib

"Bursaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib Komandaya Mutlu Topçu rəhbərlik edəcək
Futbol
30 Yanvar , 2017 12:55
Bursaspor klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyənin "Bursaspor" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, "timsahlar" Mutlu Topçuya həvalə olunub.

Türkiyəli mütəxəssisə Gökhan Geylan və İvan Ergiç kömək edəcək.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Dəniz Yılmazın da çıxış etdiyi "Bursaspor" rəhbərliyi bir neçə gün əvvəl yığmanın baş məşqçisi Robert Prosineçki ilə danışıqlar aparıb. Xorvatiyalı mütəxəssisin AFFA ilə müqaviləsi olduğu üçün keçid baş tutmayıb. 

Son xəbərlər

Orphus sistemi