Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə maraqlanır.
"Report"un bursa.com-a istinadən verdiyi məlumata görə, bu məqsədlə klubun futbol şöbəsinin müdiri Yüksel Çolak Bakıya gəlib.
Onun xorvatiyalı mütəxəssislə görüşəcəyi bildirilir.
Yanvarın 21-də Hamza Hamzaoğlu ilə yollarını ayıran "Bursaspor rəhbərliyi komandanı əcnəbi baş məşqçiyə tapşırmaq niyyətindədir.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz "Bursaspor"da çıxış edir.