"Bursaspor" azarkeşləri Azərbaycan millisinin futbolçusuna kəskin etiraz ediblər - VİDEO

"Bursaspor" azarkeşləri Azərbaycan millisinin futbolçusuna kəskin etiraz ediblər - VİDEO Azarkeşləri klubun I vitse-prezidenti Ali Ademoğlu və baş məşqçi Mutlu Topçu sakitləşdirməyə çalışıb
Futbol
18 Fevral , 2017 09:45
Bursaspor azarkeşləri Azərbaycan millisinin futbolçusuna kəskin etiraz ediblər - VİDEO

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının və "Bursaspor"un futbolçusu Deniz Yılmaz Türkiyə Super Liqasında XXI turun "Kayserispor"la səfər matçından qayıdarkən kəskin etirazla qarşılaşıb.

"Report"un məlumatına görə, buna təcrübəli hücumçunun matçın 19-cu dəqiqəsində rəqib oyunçuya bilərəkdən kobudluq edərək qırmızı vərəqə alması səbəb olub.

Bursa Yeneşir hava limanında Necmi Ayıldız adlı azarkeş komandasını azlıqda qoyaraq 0:2 hesablı məğlubiyyətə səbəbkar olan Yılmazın qabağını kəsib. Fanat "Sən "Bursaspor"a layiq deyilsən, bu komandadan getməlisən. Nə haqqın var "Bursaspor"u pərişan etməyə? Bursanı tərk et. Sənə "Bursaspor" forması yaraşmır. Bir daha bu formanı geyinmə!" deyib.

Azarkeşləri klubun I vitse-prezidenti Ali Ademoğlu və baş məşqçi Mutlu Topçu sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, "Bursaspor" hazırda 28 xalla 8-ci pillədədir. Turun qalan oyunları keçirildikdən sonra "timsahlar"ın daha aşağı pillələrə enəcəyi gözlənilir.

"Timsahlar" azlıqda qaldıqdan sonra 2 top buraxaraq məğlubiyyətlə üzləşiblər. 

Son xəbərlər

Orphus sistemi