Bundesliqa: "Hoffenhaym" "Bavariya"nı mövsümdə ilk dəfə məğlubiyyətə uğradıb

Bundesliqa: "Hoffenhaym" "Bavariya"nı mövsümdə ilk dəfə məğlubiyyətə uğradıb Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb
Futbol
10 Sentyabr , 2017 02:59
Bundesliqa: Hoffenhaym Bavariyanı mövsümdə ilk dəfə məğlubiyyətə uğradıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Bavariya" futbol üzrə Almaniya Bundesliqasının III turunun səfər matçında "Hoffenhaym"a məğlub olub.

"Report" xəbər verir ki, görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Münhenlilər bu mövsüm turnirdə ilk dəfə olaraq xal itiriblər.

Matçda hər iki qolu Mark Ut vurub.

"Hoffenhaym" hazırda 7 xal ilə turnir cədvəlində 2-ci yerdə qərarlaşıb. "Bavariya" (6 xal) 5-ci pillədədir.

Almaniya Bundesliqası. 3-cü tur

"Hoffenhaym" – "Bavariya" - 2:0

Son xəbərlər

Orphus sistemi