Bundesliqa: "Bavariya" "Auqsburq"a məğlub olub - VİDEO

Bundesliqa: "Bavariya" "Auqsburq"a məğlub olub - VİDEO "Borussiya" öz meydanında "Bayer"ə heç bir şans verməyib
Futbol
10 May , 2015 00:27
Bundesliqa: Bavariya Auqsburqa məğlub olub - VİDEO

Bakı. 9 may. REPORT.AZ/ Almaniya Bundesliqasının 32-ci turu çərçivəsində artıq çempionluğunu rəsmiləşdirmiş "Bavariya" öz meydanında "Auqsburq"a 0:1 hesabı ilə məğlub olub.

"Report" xəbər verir ki, münhenlilər 13-cü dəqiqədə azlıqda qalıblar.

Qapıçı Pepe Reyna cərimə meydançasında etdiyi kobudluğa görə meydandan qovulub. Qonaqlar isə penalti fürsətindən yararlana bilməyiblər. Lakin 71-ci dəqiqədə Raul Bobadilya komandasına qələbə gətirən qolu vura bilib.

Almaniya Bundesliqası. 32-ci tur

"Bavariya" (Münhen) – "Auqsburq" (Auqsburq) – 0:1

Qol: Bobadilya, 71 (0:1).

"Borussiya" (Münhenqladbax) – "Bayer" (Leverkuzen) – 3:0

Qollar: Kruze, 50 (1:0); Herrman, 81 (2:0); Traore, 88 (3:0).

"Borussiya" (Dortmund) – "Herta" (Berlin) – 2:0

Qollar: Subotiç, 9 (1:0); Durm, 47 (2:0).

"Ayntraxt" (Frankfurt Mayn) – "Hoffenhaym" (Zinshaym) – 3:1

Qollar: Oçipka, 18 (1:0); Seferoviç, 27 (2:0); Çendler, 34 (3:0); Folland, 51 (3:1).

"Hannover-96" (Hannover) – "Verder" (Bremen) – 1:1

Qollar: Ştindl, 21 (1:0); Yunuzoviç, 78 (1:1).

"Ştutqart" (Ştutqart) – "Mayns" (Mayns) – 2:0

Qollar: Didavi, 66 (1:0); Kostiç, 78 (2:0).

Son xəbərlər

Orphus sistemi