Yuxarı

"Real Madrid"in sabiq qapıçısı 8 oyunluq cəzalandırıldı

Buna onun Lekoya qarşı irqçilik etməsi səbəb olub

185

İngiltərənin "Lids" futbol komandasının qapıçısı Kiko Kasilya cəzalandırılıb.

"Report" Britaniya mətbuatına istinadən xəbər verir ki, buna ispaniyalı qolkiperin ötən ilin sentyabrında Çempionşipin IX turunun "Çarlton"la matçında (1:0) rəqib komandanın konqolu futbolçusu Conatan Lekoya qarşı irqçilik etməsi səbəb olub.

İngiltərə Futbol Assosiasiyası 5 aydır davam edən araşdırmanın nəticəsinə əsasən, 33 yaşlı qolkiperi 8 oyunluq diskvalifikasiya edib. Həmçinin qapıçı 60 min funt sterlinq məbləğində cərimələnib. Təcrübəli oyunçu apreldən tez meydana qayıda bilməyəcək.

Qeyd edək ki, Kiko Kasilya "Lids"ə ötən yay İspaniya "Real Madrid"indən keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi