Avropa Liqasının oyunu təxirə salındı

Avropa Liqasının oyunu təxirə salındı Avropa Liqasının 1/16 final mərhələsində bu gün Avstriya Zalstburqu ilə Almaniyanın Ayntraxt klubları arasında keçirilməli olan cavab oyunu təxirə salınıb.
Futbol
27 Fevral , 2020 18:28
Avropa Liqasının oyunu təxirə salındı

Avropa Liqasının 1/16 final mərhələsində bu gün Avstriya "Zalstburq"u ilə Almaniyanın "Ayntraxt" klubları arasında keçirilməli olan cavab oyunu təxirə salınıb.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna fırtına xəbərdarlığı səbəb olub.

Şəhərdə küləyin sürətinin saatda 120 km-ə çatacağı gözlənilir. Buna görə matçın oynanılmamasına qərar verilib. Qarşılaşma sabah - fevralın 28-də keçiriləcək.

Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.

Son xəbərlər

Orphus sistemi