Buffon: "Azərbaycanla oyunun əhəmiyyəti böyükdür"

Buffon: "Azərbaycanla oyunun əhəmiyyəti böyükdür" "Çünki bu oyunda qrup mərhələsinə vəsiqəni təmin etmək istəyirik"
Futbol
9 Oktyabr , 2015 21:51
Buffon: Azərbaycanla oyunun əhəmiyyəti böyükdür

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Həm səfərdə, həm də evdə çox oyun keçirmişik. Zəif komanda olsa belə, əhəmiyyəti böyükdür. Çünki bu oyunda qrup mərhələsinə vəsiqəni təmin etmək istəyirik".

"Report"un məlumatına görə, bunu İtaliya millisinin qapıçısı Canluici Buffon deyib.

Avro-2016-nın seçmə qrup mərhələsində Azərbaycanla oyun haqda danışan sabiq dünya çempionu bunları bildirib:

"Məndən başqa sabiq dünya çempionlarından Pirlo da var. 12-13 il öncə Azərbaycana gəlib oynamışdıq. Xoşdur ki, yenə Azərbaycanda meydana çıxacağam. Ancaq sabah nə olacağını demək olmaz".

"Azərbaycan millisi çox dəyişib. Komanda yeni baş məşqçi ilə fərqli oyun göstərir. Əvvəl müdafiə oyunu idisə, indi hücuma üstünlük verirlər. Bu səbəbdən Azərbaycan millisindən təhlükə gözləyirik", - deyə təcrübəli əlcək sahibi bildirib.

O, sabah çıxacağı 150-ci oyununda nəticə haqda da danışıb: "Sabahkı oyun stadionun açılış oyunudur və bunu çətin qiymətləndiririk. Xal itirməyi istəməzdik və çalışacağam ki, səhv buraxmayım.

Son xəbərlər

Orphus sistemi