Buffon 2017-ci ilin ən yaxşı qapıçısı seçilib

Buffon 2017-ci ilin ən yaxşı qapıçısı seçilib Ona mükafatı Peter Şmeyhel təqdim edib
Futbol
23 Oktyabr , 2017 23:14
Buffon 2017-ci ilin ən yaxşı qapıçısı seçilib

Bakı. 23 oktyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı qapıçısı seçilib.

“Report” xəbər verir ki, 39 yaşlı Buffon bu ad uğrunda mübarizədə Keylor Navas ("Real") və Manuel Noyeri ("Bavariya") qabaqlayıb.

Londonda keçirilən mərasim zamanı mükafatı ona "Mançester Yunayted"in sabiq qapıçısı Peter Şmeyhel təqdim edib.

"Mən bu yaşda sözügedən mükafatı qazandığıma görə fəxr edirəm. Futbol karyeramı fantastik qələbə ilə bitirmək istərdim", — deyə Buffon mərasimdə bildirib.

Buffon bu il "Yuventus"un heyətində İtaliya çempionatı və Kubokunun qalibi olub, həmçinin Çempionlar Liqasının finalına qədər yüksələ bilib.

Son xəbərlər

Orphus sistemi