Buenos Ayresdə Messiyə heykəl ucaldılıb

Buenos Ayresdə Messiyə heykəl ucaldılıb Buenos Ayres meri: "Bir futbol azarkeşi kimi səndən xahiş edirəm, Leo, qərarını dəyiş"
Futbol
29 İyun , 2016 11:47
Buenos Ayresdə Messiyə heykəl ucaldılıb

Bakı. 29 iyun. REPORT.AZ/ Argentina paytaxtı Buenos Airesdə ölkənin futbol üzrə milli komandasının kapitanı Lionel Messiyə heykəl ucaldılıb.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, açılış milli komandanın ABŞ-da keçirilmiş Amerika Kubokundan qayıdışından sonra baş verib.

İyunun 27-də keçirilmiş final oyununda Argentina milli komandası penaltilər seriyasında Çili yığma komandasına uduzmuşdu - 2:4. Görüşdən dərhal sonra isə Lionel Messi millidən getdiyini açıqlayıb.

Buenos Airesdəki açılış zamanı şəhər meri Orasio Rodriges Larreta qərarını dəyişməsi üçün Leoya müraciət edib: "Bir futbol azarkeşi kimi səndən xahiş edirəm, Leo, qərarını dəyiş. Sənə olan sevgimiz və dəstəyimizin əlaməti olaraq Paseo de la Qloriyada sənə heykəl ucaldırıq".

Qeyd edək ki, Lionel Messidən yığma karyerasını bitirməməsini Argentina prezidenti Maurisio Makri və ötənlərin məşhur futbolçusu Dieqo Maradona da xahiş edib.

Son xəbərlər

Orphus sistemi