Yuxarı
    Bağlamaq

    Elxan Abdullayev: "Bu qələbəyə çox sevinmək lazım deyil"

    Neftçinin baş məşqçisi: Mən onları heç azarkeş də saymıram

    Bakı. 2 dekabr. REPORT.AZ/ "Aydın məsələdir ki, divizionun səviyyəsi Premyer Liqadan fərqlidir. Buna baxmayaraq "Şərurspor" böyük istəklə meydana çıxmışdı. Bu komanda xoşuma gəldi. Onlara uğurlar arzu edirəm. Bu qələbəyə çox sevinmək lazım deyil".

    "Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şərurspor"la keçirilən ev oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

    O, stadiona gələn azarkeşlərin futbolçulara ünvanladığı təhqiredici ifadələrə də münasibət bildirib: "90 dəqiqə ərzində bəzi azarkeşlər - mən onları heç azarkeş də saymıram. Çünki onlar Arazı söyürdülər. Azarkeş dəstək vermək üçün gəlir. Ola bilər oyunun sonlarında futbolçuda nəsə alınmasın. Amma bu azarkeşlər ilk dəqiqələrdən təhqir edirlər. Arazı son saniyəyədək futbolda saxladım. Ona dəstək verirdim. Çalışacağam ki, gələn dəfədən bu cür hadisələr baş verməsin. Əsəbləşəndə futbolçuda alınmır. Təzyiq olandan sonra özünü itirir. Özüm futbolçu olmuşam və bunu yaxşı bilirəm".

    E.Abdullayev növbəti turdakı rəqiblərindən söz açıb: "Növbəti mərhələdə "Turan Tovuz" - "Zirə" cütünün qalibi ilə qarşılaşacağıq. Kim güclüdürsə, o da qalib gəlsin. Bizim üçün rəqibin fərqi yoxdur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi