Yuxarı

Belçika universiteti: Futbol matçlarında hər 100 metrdən bir qələbə şansı 1,1 faiz artır

Bu klubların qələbə qazanmaq şansı daha yüksəkdir

Stadionu dəniz səviyyəsindən yuxarıda yerləşən klubların qələbə qazanmaq şansı daha yüksəkdir.

"Report" Belçika mətbuatına istinadən xəbər verir ki, bu fikir ölkənin Gent Universitetinin araşdırmalarına əsasən ortaya çıxan nəticədir.

2008-2016-cı illərdə keçirilən 2 min Çempionlar Liqası və Avropa Liqası oyununu analiz edən universitet stadionu dəniz səviyyəsindən yüksəkdə olan komandaların qələbə sayında artım olduğunu üzə çıxarıb. Eyni araşdırmaya görə, stadionu dəniz səviyyəsi ilə eyni hündürlükdə olan klubların nəticələri isə getdikcə pisləşməkdədir. Onlar bunu ev sahibi komandaların oksigen səviyyəsi aşağı olan ərazilərə daha asan uyğunlaşması ilə əlaqələndiriblər.

Araşdırmaların nəticəsinə əsasən, hər 100 metrlik hündürlük artımına görə komandaların qələbə qazanmaq şansı 1,1 faiz artır. Məlumatda qeyd olunub ki, "Çelsi" klubunun stadionu ("Stemford Bric") "Real Madrid"in ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu"dan 700 metr aşağıda yerləşdiyindən İspaniya təmsilçisi ilə qarşılaşmada londonluların qələbə şansı avtomatik olaraq 7 faiz azalır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi