Bu il Naxçıvanda növbəti “Heydər Əliyev Kuboku” turniri keçiriləcək

Bu il Naxçıvanda növbəti “Heydər Əliyev Kuboku” turniri keçiriləcək Bakı. 10 iyun. REPORT.AZ/ Bu il Naxçıvan Muxtar Respublikasında növbəti “Heydər Əliyev Kuboku” turniri təşkil ediləcək.
Futbol
10 İyun , 2018 12:51
Bu il Naxçıvanda növbəti “Heydər Əliyev Kuboku” turniri keçiriləcək

Bakı. 10 iyun. REPORT.AZ/ Bu il Naxçıvan Muxtar Respublikasında növbəti “Heydər Əliyev Kuboku” turniri təşkil ediləcək.

“Report” xəbər verir ki, ardıcıl 3-cü ildir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqası tərəfindən keçirilən yarışın açılış və bağlanış mərasimi xüsusi günə təsadüf edəcək.

Tədbir 15 iyun – Milli Qurtuluş Gününə təyin edilib (saat 17:30). Bu isə o deməkdir ki, həmin gün Naxçıvanda əsl bayram əhval-ruhiyyəsi olacaq. Açılış mərasimində Elton və Cənubi Azərbaycanda çox tanınan Əli Pormehr iştirak edəcək. Eyni zamanda, müxtəlif səhnələrdən ibarət açılış mərasimi təşkil olunacaq.

Turnirdə yerli “Araz Naxçıvan”la yanaşı MOİK, “Zaqatala” və “Şüvəlan” klubları iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi