Bu gün "Xəzər Lənkəran" və "Neftçi" komandaları üz-üzə gələcək

Bu gün "Xəzər Lənkəran" və "Neftçi" komandaları üz-üzə gələcək Prinsipial rəqiblər Azərbaycan çempionatı tarixində 31-ci dəfə görüşəcəklər
Futbol
24 Noyabr , 2014 10:33
Bu gün Xəzər Lənkəran və Neftçi komandaları üz-üzə gələcək

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında növbəti oyun keçiriləcək. "Report"un məlumatına görə, prinsipial rəqiblər milli çempionat tarixində 31-ci dəfə üz-üzə gələcəklər. 

Lənkəran şəhər mərkəzi stadionundakı təmir işləri ilə əlaqədar matç Bakıda baş tutacaq. Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da təşkil olunacaq qarşılaşmanı Elvin Əsgərovun rəhbərliyi altında hakimlər briqadası idarə edəcək. Saat 17:00-da başlanacaq görüş öncəsi "Neftçi" 10 oyundan 20 xalla 2-ci, "Xəzər Lənkəran" isə 11 oyundan 14 xalla 5-ci pillədə qərarlaşıb. AFFA İntizam Komitəsinin ötən mövsüm qəbul etdiyi qərara əsasən, iki komanda arasındakı oyunlara qonaq komanda azarkeşləri buraxılmır. Bu səbəbdən, tribunalarda "Neftçi" tərəfdarlarının yer almasına icazə verilməyəcək. 

Əvvəlki görüşlərdə üstünlük "Neftçi"nin tərəfində olub. Flaqman 11 dəfə qalib gəlib. 7 oyunda "Xəzər Lənkəran" qələbə qazandığı halda, 12 qarşılaşma heç-heçə tamamlanıb. Top fərqi isə 32:21 "ağ-qaralar"ın xeyrinədir. Bununla belə, 7 ildir səfərdə rəqibinə qalib gəlməyən “Neftçi” Lənkərandakı ardıcıl 10 matçda xal itirib. Bakılılar səfərdəki son iki matçda heç-heçə ilə kifayətlənib.

Qeyd edək ki, Premyer Liqada XIII turun ilk 2 oyunu noyabrın 23-də keçirilib. Ağdamın "Qarabağ" komandası Bakının AZAL klubunu məğlub edib - 2:1. "Qəbələ" isə Zaqatala "Simurq"una uduzub - 2:3. Bu gün daha bir görüş "Sumqayıt" və "Bakı" komandaları arasında keçiriləcək. Sumqayıtdakı "Kapital Bank Arena"da saat 17:00-da başlanacaq qarşılaşmanı Ramil Diniyev idarə edəcək. 

Son xəbərlər

Orphus sistemi