Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşəcək

Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşəcək Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşəcək.
Futbol
15 Avqust , 2018 07:18
Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşəcək

Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşəcək.

"Report" xəbər verir ki, İspaniya təmsilçiləri "Atletiko" və "Real Madrid" komandaları həlledici matçda üz-üzə gələcəklər.

Qarşılaşma Estoniyanın paytaxtı Tallindəki Lilleküla stadionunda baş tutacaq.

"Real Madrid" 2017-2018 mövsümündə Çempionlar Liqasının, "Atletiko" isə Avropa Liqasının qalibi olub. UEFA Super Kuboku tarixində ilk dəfə eyni şəhərin iki komandası qarşılaşacaq.

"Real Madrid" UEFA Super Kubokunun hazırkı sahibidir. Ötən ilin avqustunda Madrid klubu "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub edib.

1973-cü ildən təşkil olunan Super Kuboku ən çox qazananlar İspaniyanın "Barselona" və İtaliyanın "Milan" komandalarıdır. Hər iki klub 5 dəfə qələbə sevinci yaşayıb.

UEFA Super Kuboku

15 avqust

23:00 "Real Madrid" (İspaniya) - "Atletiko" (İspaniya)

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa) Ovidiu Hateqan (Rumıniya)

Estoniya. Tallin Lilleküla stadionu

Son xəbərlər

Orphus sistemi